Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,6 faiz artıb
2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.
Qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb.
Ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.