Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Latviya Respublikasının Dövlət Gəlir Xidməti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli Latviya Respublikasının Dövlət Gəlir Xidmətinin baş direktoru Bayba Smite Roçe ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin təşviqi baxımından əhəmiyyət daşıyır. Tərəflər rəqəmsal vergi inzibatçılığı, elektron ticarətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi, əmək haqqından tutulan gəlir vergisi və sosial ayırmalar, əmlak vergisinin vaxtında və tam həcmdə ödənilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə məsələlərini, eləcə də ƏDV inzibatçılığı sahəsində potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.