Minimum aylıq əməkhaqqının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. «Minimum aylıq əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 31 avqust 2013-cü il
№– 3112
«Azərbaycan» qəzetində dərc edilmişdir (1 sentyabr 2013-cü il, №– 191).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 31avqust
2013-cu il, №– 8, maddə 992).