“Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması” xidməti
Bu xidmət Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) ayrıca VÖEN ilə vergi uçotuna alınmasını əhatə edir. Uçota alınmaq üçün hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə” təqdim olunur. Xidmətdən istifadə üçün tələb olunan sənədlər və müraciət etmə qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.
Əlavə məlumat üçün: https://www.taxes.gov.az/az/page/vahid-standartlar
Əlaqə üçün: https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri