Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinin nəzərinə!

Qanunvericiliyə əsasən, bir sıra vergi bəyannamələri dekabrın 20-dək təqdim edilməlidir.

Xatırladaq ki, hesabatların vaxtında təqdim olunması vergi ödəyiciləri üçün bir sıra üstünlüklər qazandırır. Dövlət Vergi Xidməti bəyannamələrin təqdim edilməsi ilə bağlı bəzi vacib məqamları vergi ödəyicilərinin diqqətinə çatdırır:

  • Vergi hesabatını vaxtında və dəqiq təqdim etməklə vergi ödəyicisi maliyyə itkilərindən uzaq olur;
  • Elektron kabinetə mütəmadi daxil olduqda, bəyannamələrlə bağlı məktublaşmaları daim diqqətdə saxlamaq və ehtiyac yaranarsa, vaxtında yazışmalar aparmaq mümkündür;
  •  Maliyyə əməliyyatlarının uçotunu dəqiq yerinə yetirildikdə şəffaflıq təmin edilir;
  • Uçot məlumatlarını düzgün göstərdikdə vergi güzəştlərindən faydalanmaq mümkündür.

Vergi ödəyicilərinə xidmət mərkəzlərində müraciət edənlərin sayının çoxluğunu və elektron sistemə daxil olanların sayının artdığını nəzərə alaraq bəyannamələrin təqdim edilməsini son günə saxlamayaq!