Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Tibb turizminin inkişafı üçün güzəştlər tətbiq olunacaq

Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib. İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində Vergi Məcəlləsinə mühüm dəyişikliklərdən biri də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada aparılan ödənişlər üzrə ödənilmiş ƏDV-nin tam məbləğdə həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bu dəyişiklik ölkədə tibb turizminin inkişafı və ölkəyə valyuta cəlb olunmasının stimullaşdırılması məqsədi daşıyır.