Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin:

Əsədov Asəf Əli oğlu — Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;

Fətizadə Zaur İntiqam oğlu — Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi;

Qəmbərov Fəxrədin Siyaş oğlu — Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;

Məmmədov Habil Amil oğlu — Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi;

Rəfiyev Mahir Əhmədağa oğlu — Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Qoca oğlu Məmmədova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 10 fevral 2012-ci il

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 fevral 2012-ci il, №– 33).