Naxçıvanda vergi ödəyicilərinin sayı 13,3 faiz artıb
2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6.253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5.983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.
Bu ilin 11 ayı ərzində kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.