Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi hər zaman  böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.

İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət edib,  abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.

Həyatını xalqına və dövlətinə, onun inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən dahi şəxsiyyət Heydər Əliyev daim böyük hörmət və rəğbətlə xatırlanacaq. Onun yüksək vətənpərvərliyi, mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.