Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ölkə ərazisində 103 mindən çox yeni nəsil NKA quraşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.