Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında Qərar N 11

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5000 manat miqdarında müəyyən edilsin.[1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 yanvar 2006-cı il
11

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

1. 12 iyun 2013-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2013-cü il, 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 751)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 12 iyun 2013-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2013-cü il, 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 751) ilə 1-ci hissəsində şərti maliyyə vahidinin 2000 misli sözləri 5000 manat sözləri ilə əvəz edilmişdir.