Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergitutma sahəsində tənzimləyici çərçivə yenidən təhlil edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkəmizdə vergitutma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Bu sahədə son illərdə tətbiq edilmiş mütərəqqi təcrübələr nəzərə alınmaqla yenilənmiş təhlil DVX-nin rəsmi internet saytında yerləşdirilib. Təhlil zamanı beynəlxalq indikatorlardan və vergitutma sahəsində mövcud olan əsas meyarlardan istifadə edilib.

110-dən çox sual ətrafında hazırlanmış təhlil vergitutma qaydalarının aydınlığı və şəffaflığı, vergi idarəetməsındə rəqəmsallaşma, vergi ödəyiciləri üçün xidmətlər, audit, mübahisələrin həlli mexanizmləri, vergi orqanının idarə olunması, məlumatların şəffaflığı və ictimai hesabatlılıq kimi aspektləri əhatə edir. Təhlildə cavablandırılan bütün suallar üzrə hüquqi əsaslandırmalar və istifadə olunmuş mənbələr göstərilib. İctimaiyyət üçün açıq olan bu material vergitutma sahəsində geniş məlumat bazası rolunu oynamaqla etibarlı informasiyaya əlçatanlığı təmin edir, həmçinin tədqiqatçılar, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində mövcud qaydalar barədə məlumat almaq istəyən şəxslər və ekspertlər üçün bələdçi kimi istifadə oluna bilər.

Vergitutma sahəsində vergi ödəyiciləri üçün maraq kəsb edən yeni mütərəqqi təcrübələrin tətbiqi imkanları DVX tərəfindən daim araşdırılır. 2022-2023-cü illərdə ölkəmizdə “Vergitutma” sahəsində Yol Xəritəsi icra edilib, bu sektorda biznes mühitinin təkmilləşdirilməsi üçün bir sıra layihələr həyata keçirilib. Hazırda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi icra olunur.