“Açıq qapı günü” keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orta məktəb şagirdləri üçün “Açıq qapı günü” təşkil edib. Tədbir Ordubad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Vergi biliklərinin formalaşdırılması məqsədilə sagirdlərə vergilərin mahiyyəti, əhəmiyyəti və növləri barədə məlumatlar verilib, Mərkəzin işi ilə yaxından tanış olmaq üçün şərait yaradılıb. Diqqətə çatdırılıb ki, Mərkəzdə həssas qrupdan olan şəxslərə xidmət və vergi könüllüləri otaqları da yaradılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.