”Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin bərpası” elektron xidməti barədə onlayn sorğu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ”Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin bərpası” elektron xidməti ilə bağlı onlayn sorğu keçirir. Bu sorğu hüquqi şəxsin filialının və onun nümayəndəliyinin fəaliyyətinin bərpası elektron xidmətinin əlçatanlığı və vergi ödəyiciləri tərəfindən xidmətdən istifadə səviyyəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Sorğu anonim keçirilir və respondentlərin heç bir məlumatı qeydə alınmır. Noyabrın 17-dək sorğuda iştirak etməklə hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin bərpası prosesinin daha da asanlaşdırılması və bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə töhfə verə bilərsiniz.
Sorğuya bu link vasitəsilə keçid edə bilərsiniz: