“Yay Təcrübə Proqramı” vasitəsilə daha 60 tələbə şəxsi inkişafı üçün böyük təcrübə əldə edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ali təhsil müəssisələri tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə təşkil etdiyi sayca 3-cü “Yay Təcrübə Proqramı” yekunlaşıb. DVX-nin insan resurslarının formalaşdırılması istiqamətində proaktiv yanaşmasına söykənən bu layihə çərçivəsində daha 60 tələbə şəxsi inkişafı üçün böyük təcrübə əldə edib. 3-cü “Yay Təcrübə Proqramı”nda iştirak edən hər bir tələbəyə uğurlar arzulayırıq!