Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüş keçirilib

Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və ölkələr arasında birgə layihələr müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşüb.

Görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib. Eyni zamanda SOCAR-ın BƏƏ-nin ADNOC və Masdar şirkətləri ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.