Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda yanvar-sentyabr aylarında 7.959 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 31.641 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 41.546 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Ümumi xidmətlərin 91 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

•    Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

•    Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

•    Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

•    Asanİmza sertifikatının verilməsi;

•    Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

•    Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

•    Vergi ödəyicisinə arayışların verilməsi;

•    Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

•    Fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-sentyabr aylarında vergi ödəyicilərinə 366.119 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 70 görüş keçirilib, 501 sayda ünvanlı xidmət göstərilib. 9 ay ərzində 4.463 müraciət üzrə 7.959 Asan İmza sertifikatı verilib.