Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,4 faiz artıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4 faiz artıb.
Ödənilən vergilərin 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi isə neft-qaz sektorunun payına düşüb.