Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17,7 mlrd. manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 101.605 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 
2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17,7 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 1,7 milyard manatdan, yaxud 10,7 faizdən çoxdur.