Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib

İqtisadiyyat Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyində 2024-cü il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarının əməkdaşları üçün təlimlər keçirilib.

DVX-nin Tədris Mərkəzi və Daxili təhlükəsizlik baş idarəsi tərəfindən "Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə" mövzusunda təşkil olunmuş təlimlərdə 630 nəfər vergi xidməti əməkdaşı iştirak edib. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində DVX tərəfindən dövlət, bələdiyyə və büdcə təşkilatlarının əməkdaşları üçün korrupsiya riskləri və korrupsiya halları ilə mübarizə, vergi ödəyiciləri üçün isə vergidən yayınma hallarına görə məsuliyyət mövzuları üzrə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.