Gül istehsalçıları ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə gül istehsalı ilə məşğul olan sahibkarlarla birlikdə sahənin inkişaf potensialı, qanunvericilik və inzibatçılıq sahəsində mövcud çətinliklər müzakirə edilib, bu sahədə İPM (İntegrated Pest Management) bioloji mübarizə üsullarının təşviqi ilə əlaqədar vergi güzəştlərinin verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.