Vergi ödəyicisinin elektron kabineti geniş imkanlara malikdir
Hər bir vergi ödəyicisinin İnternet Vergi İdarəsində fərdi elektron kabineti var. Hazırda elektron kabinetin funksiyaları daha da genişləndirilib. İndi istifadəçilər elektron kabinet vasitəsilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmalar apara, vergi və digər büdcə öhdəliklərini yerinə yetirə, hesabatlarını təqdim edə və bir çox digər xidmətlərdən yararlana bilərlər. Vergi orqanı ilə qarşılıqlı məlumat mübadiləsini təmin edən elektron kabinetin daha hansı imkanları var? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hazırlanan növbəti videoçarxda vergi ödəyicisinin elektron kabineti barədə ətraflı məlumat verilir.