Nağdsız ödənişlərdən imtina maliyyə sanksiyaları ilə nəticələnə bilər
Paytaxt və regionlarda fəaliyyət göstərən bəzi pərakəndə ticarət və iaşə obyektlərində bir sıra hallarda nağdsız ödənişlərin qəbulundan imtina hallarına rast gəlinir. Nağdsız ödənişlərdən imtina istehlakçıların hüquqlarının pozulmasıdır. Vergi qanunvericiliyi POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul edilməsindən imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur. POS-terminalların quraşdırılması məcburi olan obyektlər hansılardır? Nağdsız ödəmələrdən imtina halları hansı sanksiyalara səbəb ola bilər? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hazırlanan növbəti videoçarx bu suallara aydınlıq gətirir.
NKA və POS-terminaldan istifadədə qaydaları