Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb

2024-cü ilin sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.570.205 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 89 947 vahid (6,1 faiz), o cümlədən fiziki şəxslərin sayı 76.266 vahid (5,9 faiz), hüquqi şəxslərin sayı 13.681 vahid (7,3 faiz) artıb. Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 184.820 vahid təşkil edib.

2024-cü ilin yanvar-avqust aylarında 8.741 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7.791-i (89,1 faiz) yerli investisiyalı, 950-si (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 7.117-si (81,4 faizi) elektron qaydada, onların isə 5.726-sı Asan İmza, 1.372-si finkod+mobil üsulla, 19-u “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

2024-cü ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.564 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 faiz təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

2024-cü ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artıb.