Vergi ödəyiciləri üçün videotəlimat hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün daha bir faydalı videotəlimat hazırlayıb. Bu videotəlimatda malı, işi və xidməti əldə edən vergi ödəyicisinin öz “ƏDV sub-uçot hesabı”ndan və ya “Naməlum sub-uçot hesabı”ndan ƏDV məbləğini malı, işi və xidməti təqdim edən vergi ödəyicisinin ƏDV sub-uçot hesabına köçürülməsi prosesi əks etdirilir.