POS-terminallardan istifadə niyə vacibdir?
Son illərdə vətəndaşlarımızın gündəlik həyatında və iqtisadi dövriyyədə nağdsız hesablaşmaların rolu və həcmi artmaqdadır. Xüsusilə də, alış-veriş zamanı ödənişlərin aparılmasında POS-terminalların rolu əvəzsizdir.
Ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsi ilə həyata keçirilir. POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, təqdim olunan qəbzlər malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminallardan istifadənin biznes və istehlakçılar üçün gətirdiyi üstünlüklərlə bağlı videoçarx hazırlayıb.