Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclasının 56 N-li protokolu
İclasın gündəliyi:
1. Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının və taksometrlərin vergi orqanlarında qeydiyyatı haqqında.
2. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının 2010-cu il 14 yanvar tarixli 40 nömrəli protokolu ilə təsdiq edilmiş "Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına (NKA-lara) Texniki Tələblər"ə əlavələr edilməsi barədə.
3. "Yanacaqdoldurma məntəqələrində tətbiq olunan nəzarət-kassa aparatlarına TEXNİKİ TƏLƏBLƏR"ə dəyişiklik edilməsi haqqında "Caspel" MMC-nin müraciəti haqqında.
Qərara alındı:
1. "CASPEL" MMC-nin sifarişi ilə daxil edilmiş "4613-XXX tipli İBM POS terminalı", "Mini-T 400 ME", "Mini-T 51.11" və "Mini-T 61.11", "Billur Elm istehsalat" MMC-nin sifarişi ilə daxil edilmiş "Merkuri-130F-01", "Lider" MMC-nin sifarişi ilə daxil edilmiş "Merkuri-112F", "Merkuri-116F", "Lider-M" MMC-nin sifarişi ilə daxil edilmiş "Merkuri-112FK", "Merkuri-PK", "Merkuri-mPOS-64", "Klassik-2" şirkətinin sifarişi ilə daxil edilmiş "Orion-IOOF", "Orion-IOIF", "Orion-HOF", "Orion Servis" MMC-nin sifarişi ilə daxil edilmiş "Orion-HOK", "Orion-200K" və "ACLAS", "Skaner" EİF-in sifarişi ilə daxil edilmiş "NCR", "Araz LTD" firmasının sifarişi ilə daxil edilmiş "Kasbi-04F", "Elektron-S.S" MMC-nin sifarişi ilə daxil edilmiş "Kasbi-02F", "Texno-İskra" MMC-nin sifarişi ilə daxil edilmiş "Mikro-114K" markalı nəzarət-kassa aparatlarının və "Cihazqayıranlar" cəmiyyətinin sifarişi ilə daxil edilmiş "Stayer-01F" markalı taksometrin qeydiyyatı müddəti 1 yanvar 2016-cı il tarixindən artırılsın.
2. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının 06.01.2015-ci il tarixli 55 nömrəli protokolu ilə vergi orqanlarında qeydiyyatı 01.01.2015-ci il tarixdən dayandırılmış "EKR-2102F", "EKR-3102F", "Minika-1102F", "Minika-1103F" markalı aparatların qeydiyyatının bərpa edilməsi barədə "Cihazqayıranlar" cəmiyyətinin 21.10.2015-ci il tarixli 341 nömrəli və 08.12.2015-ci il tarixli müraciətləri təmin edilməsin.
3. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının 2010-cu il 14 yanvar tarixli 40 nömrəli protokolu ilə təsdiq edilmiş "Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına (NKA-lara) TEXNİKİ TƏLƏBLƏR"in 3.2.2-ci, 3.4.3-cü və 3.4.5-ci bəndlərinə "ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği" sözləri əlavə edilsin.
4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının 2012-ci il 25 iyul tarixli 51 nömrəli protokolu ilə təsdiq edilmiş "Yanacaqdoldurma məntəqələrində tətbiq olunan nəzarət-kassa aparatlarına TEXNİKİ TƏLƏBLƏR"ə dəyişiklik edilməsi barədə "Caspel" MMC- nin 09.12.2015-ci il tarixli 10231 nömrəli, 11.12.2015-ci il tarixli 10236 nömrəli, 14.12.2015-ci il tarixli 10240 nömrəli və 11.12.2015-ci il tarixdə daxil olmuş müraciətləri təmin edilməsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə"nin 5.1.3-cü bəndinə əsasən dövlət vergi orqanlarına, nəzarət-kassa aparatlarının istehlakçılarına, sifarişçilərinə və servis texniki xidmət mərkəzlərinə tapşırılsın ki, bu protokolun tələblərindən irəli gələn məsələlərin vaxtında və keyfiyyətlə icrasını təmin etsinlər.