Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin əməkdaşlarının daxili təlimçi olaraq hazırlanması ilə bağlı “Komanda quruculuq” tədbiri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarının daxili təlimçi olaraq hazırlanması məqsədilə Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinin inzibati binasında 2 günlük “Daxili təlimçilərlə komanda quruculuq” tədbiri təşkil edilib. DVX-nin İnsan resursları baş idarəsinin və Tədris Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbir təlimçilər arasında əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, bilik və təcrübələrin paylaşılması üçün məhsuldar mühitin yaradılması, komanda ruhunun gücləndirilməsi məqsədini daşıyıb.

Tədbir proqramının birinci günündə təlim öncəsi və sonrası diqqət edilməli olan məqamlar, təlimdə iştirak edəcək dinləyicilərə uyğun olaraq təlim proqramının qurulması, təlimçiyə dair tələblər və s. mövzularda müzakirələr aparılıb və iştirakçılar arasında intellektual oyun təşkil edilib. Proqramın ikinci günü təlim materiallarının hazırlanmasına dair tələblər gözdən keçirilib və təkliflər təqdim olunub.