Əmək müqaviləsinin əhəmiyyəti barədə videoçarx hazırlanıb
Əmək müqaviləsi vətəndaşların əmək və sosial hüquqlarının, gələcək pensiya təminatının, eləcə də maliyyə şəffaflığının əsasıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təbliğat və maarifləndirmə işlərinin bir istiqaməti olaraq vətəndaşların məlumatlılığın artırılması məqsədilə əmək müqaviləsi, onun işçilərin əmək və sosial hüquqlarının müdafiəsində əhəmiyyəti və necə bağlanması barədə videoçarx hazırlayıb.