Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 95,6 faizi həll olunub 

2024-cü ilin yanvar-iyul ayları ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 968 müraciət daxil olub ki, onların da 91,4 faizini ərizələr, 8,5 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 98 faizinin baxılması 2024-cü ilin 7 ayı ərzində başa çatdırılıb, 2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,6 faizi həll olunub, 2,5 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

2024-cü ilin 7 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 57 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.