“Biznesə daxilolma” İşçi qrupunun növbəti iclası keçiriləcək
2024-cü il avqustun 15-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.
İclasda “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat təqdim olunacaq.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun iclasında iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.