Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvanda yanvar-iyul aylarında 6.281 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 24.880 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 33.410 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Yanvar-iyul aylarında vergi ödəyicilərinə 202.321 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 55 görüş keçirilib, 394 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3.393 müraciət üzrə 6.281 Asan İmza sertifikatı verilib.

2024-cü ilin 7 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 22.917 şəxs qəbul edilib və onlara 31.077 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz çoxdur.