Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yanvar - iyul aylarında 372.398 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-iyul ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 392.041 şəxs qəbul edilib və onlara 598.775 sayda xidmət göstərilib. Göstərilən xidmətlərin 221 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 126 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aid olub.

Ümumi xidmətlərin 89,4 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 20 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Yanvar-iyul ayları ərzində 2.985 vergi ödəyicisinin iştirakı ilə 186 görüş keçirilib, 3.147 ödəyiciyə ünvanlı xidmət göstərilib, onların mobil nömrələrinə 1 milyon 552 mindən çox məlumatlandırma xarakterli SMS göndərilib.

2024-cü ilin 7 ayı ərzundə ümumilikdə 224.898 müraciət üzrə 372.398 Asan İmza sertifikatı verilib.