İndiyədək 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb
İqtidadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 99.690 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyard manat, yaxud 10,1 faiz çoxdur.