Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib olunması qaydaları təsdiq edilib

Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamələrin, həmçinin onların əlavələrinin formalarında və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib.

Yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır:

  • Əlavə dəyər vergisinin bəyannaməsi (onun 7 nömrəli Əlavəsi) və tərtib edilməsi qaydası;
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və onun tərtib edilməsi qaydası;
  • ƏDV məqsədləri üçün qeydiyyata alınmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.