Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə görüşüb.

DVX rəisi “Yüksəliş” müsabiqəsinin ölkəmizdə rəqabətli insan kapitalının formalaşmasına verdiyi töhfələr, fərdi inkişaf və karyera perspektivləri baxımından önəmini vurğulayıb. Görüşdə idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqi, peşəkar vərdişlər formalaşdırmaq və nəticə əldə etmək üçün vacib olan səriştələr, dövlət sektorunda iş prinsipləri barədə fikirlər səsləndirilib. Vergi inzibatçılığının strateji hədəflərinə çatmaqda insan resurslarının rolu, onların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər, kadr ehtiyatları üçün müəyyənləşdirilmiş tələblər barədə məlumat verilib. Qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib. Təcrübəli rəhbərlərin mentorluğunun gənclərin peşəkarlıqlarının artırılmasına, dövlət sektorunda idarəçilik təcrübəsinə yiyələnmək istiqamətində biliklər əldə etmələrinə və fərdi inkişaf proqramlarının səmərəli təşkilinə verdiyi töhfələr qeyd edilib.

Görüşdə idarəetmə sahəsində olan müasir yanaşmalar, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu ilə bağlı tövsiyələr verilib.