Xidmət mərkəzlərinə əvvəlcədən "onlayn növbəyə yazılma" elektron xidməti ilə bağlı videotəlimat hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün daha bir faydalı videotəlimat hazırlayıb. Təlimat Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin xidmət mərkəzlərində, Bakı KOB evində (yalnız DVX tərəfindən göstərilən xidmətlər ilə bağlı) vergi ödəyicilərinin vergi xidmətlərindən onlara uyğun tarixdə və vaxtda növbədə gözləmədən yararlanmaları üçün əvvəlcədən onlayn növbəyə yazılma qaydalarını əhatə edir.