Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX əməkdaşları MDB-yə üzv ölkələrin vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin gənc əməkdaşlarından və “Uğur yolu” müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti MDB iştirakçısı olan ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası çərçivəsində Rusiya Federasiyasının Vladivostok şəhərində keçirilən vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər.

Tədbir zamanı ölkələrin və vergi administrasiyalarının təqdimat videoları nümayiş edilib, nümayəndə heyətləri təqdim olunub. “Karyera yolu” və “Vergi qurumunun gələcəyi” mövzuları üzrə “dəyirmi masa”lar keçirilib. Həmçinin Koordinasiya Şurası çərçivəsində Gənclər Şurasının yaradılması və funksionallığı konsepsiyası müzakirə olunub, eləcə də 2024-2025-ci illər üzrə birgə tədbirlərin təqvimi layihəsi hazırlanıb. 5 günlük forum çərçivəsində iştirakçılar gələcəkdə əməkdaşlıq  sahələrini genişləndirmək və inkişaf etdirmək üçün komanda tapşırıqlarında, mühazirələrdə və vörkşoplarda iştirak ediblər.

Forumun maraqlı tərəflərindən biri də MDB ölkələrinin mədəniyyətlərinin inteqrasiyası ilə bağlı hissə olub. Burada ölkələrin milli çay ənənələri təqdim edilib. Azərbaycan nümayəndə heyətinin ölkəmizin milli çay adətləri və şirniyyat süfrələri bağlı təqdimatı iştirakçılarda böyük maraq yaradıb. Bununla yanaşı, üzv ölkələrin ənənələri və dəyərlərinin öyrənilməsi məqsədilə digər təqdimatlar edilib.