Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyiciləri arasında növbəti onlayn sorğu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin təqdim edilməsi ilə bağlı onlayn sorğu keçirir. Bu sorğu “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin Dövlət Vergi Xidməti tərəfindən tərtib olunması və sadələşdirilmiş interfeys formasında SMS bildirişlə vergi ödəyicilərinə göndərilməsi xidmətindən istifadə səviyyəsini, habelə xidmətlərdən istifadə zamanı yarana biləcək çətinlikləri öyrənmək məqsədi daşıyır.

Sorğu anonim keçirilir və sorğuda iştirak edənin heç bir məlumatı qeydə alınmır. Sorğuda iştirak etməklə siz “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi prosesnin daha da asanlaşdırılması və bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.  

Sorğuda bu link vasitəsilə iştirak edə bilərsiniz.