Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yay Təcrübə Proqramı çərçivəsində təşkil olunan yay düşərgəsi başlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi sayca üçüncü Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi öz işinə başlayıb. Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində düşərgənin açılış mərasimi keçirilib.

Tədbirdə layihənin məqsədi, iştirakçıların şəxsi inkişafına yönəlik təşkil olunacaq təlimlər və asudə vaxtlarını faydalı keçirmək üçün əyləncəli tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, layihəyə maraq ildən-ilə artır və bu il ümumilikdə 700-dən çox tələbə iştirak üçün müraciət göndərib.

Bir həftə davam edəcək yay düşərgəsində müxtəlif universitetlərdən ümumilikdə 60 nəfərədək tələbə iştirak edir. Bu müddət ərzində iştirakçılara daxili və kənar təlimçilər tərəfindən vergi inzibatçılığı, vergi növləri, vergi ödəyicilərinə göstərilən xidmətlər, eləcə də fərdi səriştələrin inkişafı istiqamətində təlimlər keçiriləcək. Bundan başqa, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün interaktiv oyunlar və Şamaxının turizm məkanlarına turlar təşkil olunacaq.

Qeyd edək ki, cari ildə “Yay Təcrübə Proqramı” 1 iyul – 30 avqust tarixlərində keçirilir. Tələbələr yay düşərgəsindən sonra layihənin davamı olaraq Dövlət Vergi Xidmətinin müxtəlif struktur bölmələrində bir aylıq istehsalat təcrübəsi keçəcəklər.