Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bolqarıstanla əməkdaşlığın inkişafı müzakirə olunub

Bolqarıstanın energetika naziri ilə görüşdə iqtisadi sahədə əməkdaşlığın inkişafı, enerji, ticarət və sənaye üzrə sıx işbirliyi imkanları dəyərləndirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən tədbir və müzakirələr Bolqarıstanla əlaqələrin möhkəmləndirilməsinə münbit zəmin yaradıb. Bolqarıstanla iqtisadi-ticarət əlagələri güclənir. 2024-cü ilin yanvar-may aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 78%-dən çox artaraq 240 mln. dollardan çox olub. Sərmayə tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var. Ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətləri fəaliyyət göstərir.

Bildirilib ki, Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın Bolqarıstanla da energetika əməkdaşlığının gücləndirilməsi üçün imkanlar genişdir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, enerji, ticarət və sənaye sahələrində sıx işbirliyi qurulması imkanlarını nəzərdən keçiriblər.