Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyri-maliyyə institutları və peşə sahibləri üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə qeyri-maliyyə institutları və peşə sahibləri üçün “Əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində əsas öhdəlikləri” mövzusunda təlim keçirilib.

Ümumilikdə 76 nəfər dinləyicinin iştirak etdiyi təlimdə Dövlət Vergi Xidmətinin Maliyyə Monitorinqi şöbəsinin rəisi Orxan Abdinov və Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq-mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev, şöbə rəisi Kifayət Nasirli “Öhdəlik daşıyan şəxslərin öhdəlikləri”, “Benefisiar mülkiyyətçinin müəyyən edilməsi”, “Hədəfli maliyyə sanksiyaları”, “Daxili nəzarət proqramının tətbiqi” mövzuları üzrə təqdimatla çıxış ediblər.

Sonda təlimçilər öhdəlik daşıyan şəxslər tərəfindən ünvanlanan sualları cavablandırıblar.