Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyiciləri ölkədən çıxışına qadağanı öyrənəcək - yeni xidmət

Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib. Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq  şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Bu elektron xidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz:

http://www.taxes.gov.az/modul.php?name=pages&page=abroad

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet