Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,5 dəfə artıb
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 1 iyun 2024-cü il tarixə qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,5 dəfə və ya 7.600 vahid artaraq 10.659 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4273 vahid artıb.