Vergilər Nazirliyində görüş keçirilib
Fevralın 21-də vergilər naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ezoral, Türkiyə-Azərbaycan parlament dostluq qrupunun rəhbəri, İstanbulun millət vəkili Şamil Ayrım və Türkiyə Parlamentinin bir qrup millət vəkili ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq məsələləri və onun perspektivləri müzakirə edilib.