Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci, 15-ci, 16-cı, 25-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 13.2.52-ci maddəyə “qeydiyyat” sözündən əvvəl “rezidentinin” sözü əlavə edilsin;
1.2. 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci, 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrdə “qərarına əsasən yaradılan” sözləri “müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I) 12-ci maddəsində “qərarına əsasən yaradılan” sözləri “müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I) 20.0.18–20.0.20-ci maddələrində “qərarına əsasən yaradılan” sözləri “müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I) 26.8-ci maddəsinə “kvadratmetrdən” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2024-cü il