Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Albaniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Nazirliyində Albaniya Respublikasının Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku ilə görüşdə ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyəti, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniya Respublikasının Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşüb.

Görüşdə ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının sıx təmaslarının xüsusi rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu ilin mart ayında Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında imzalanmış iqtisadi əməkdaşlıq haqqında Saziş ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, ətraf mühit və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yönəlmiş növbəti addım kimi qiymətləndirilib. İkitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların təhlili və qiymətləndirilməsinin, biznes dairələri arasında işbirliyinin vacibliyi qeyd edilib. Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Tərəflər iqtisadi sahədə birgə fəaliyyət, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri barədə fikir mübadiləsi aparıblar.