Əmək müqavilələrinin sayı 1,8 milyondan çoxdur
5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452.692 vahid artıb və 2024-cü il iyun ayının 1-nə 1.854.607 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410.704 vahid artaraq 950.626 təşkil edib.