Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sosial sığorta haqları üzrə daxilolmalar 11 faiz artıb

2024-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz artaraq 1,5 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artıb və  83 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artaraq 62,9 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-may aylarına nisbətən 9,1 faiz artıb və 403,4 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3 faiz artaraq 286,3 milyon manatdan çox olub.