Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX “CareerFest BEU 2024” Karyera Festivalında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kadr ehtiyatının yaradılması və karyera sahəsində ölkənin müxtəlif ali təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir. Əmək yarmarkaları və karyera sərgiləri tələbə və məzunların məşğulluğunun artırılması, həmçinin DVX-da olan mövcud vakansiya və təcrübə proqramları ilə yaxından tanış olma fürsətinin yaradılması baxımından böyük əhəmiyətə malikdir.

Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin əməkdaşları Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirlən “CareerFest BEU 2024” Karyera Festivalında iştirak ediblər. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin, o cümlədən DVX-nin insan resursları və karyera sahəsini əks etdirən stendləri Festivalda təmsil olunub.